İmişlidə maşın aşıb, iki nəfər xəsarət alıb


19:11     25 Mart 2019 19_03_25_1553524717.jpg

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bəhramtəpə qəsəbəsi ərazisində “Wolksvagen” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü, İmişli sakini, 1979-cu il təvəllüdlü Qasımov Elnur Yusif oğlu və sərnişin, Xocavənd sakini, 1996-cı il təvəllüdlü Qarabağlı Cəsarət Yadigar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmşli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 323