Azərbaycanlı biznesmenin oğlu dəhşətli qəzada öldü - FOTO,VİDEO

Azərbaycanlı biznesmenin oğlu dəhşətli qəzada öldü - FOTO,VİDEO


19:59     25 Mart 2019 19_03_25_1553527412.jpg

Ukraynada yaşayan azərbaycanlı biznesmen Qəzənfər Hacıyevin oğlu Şamil Hacıyev dəhşətli yol qəzasında vəfat edib.

BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, 24 marta keçən gecə Şamil Hacıyev Odessa şəhərində idarə etdiyi “BMW X6” markalı avtomobillə ağır qəza törədib.

“BMW X6” park edilmiş "Hyundai Sonata"ya çırpılıb. Zərbənin gücündən avtomobil aşıb və elektrikötürücüsünə dəyib.

Avtomobil alışıb və onun hissələri 10 mertlərlə uzağa uçub.



Avtomobildəki 33 yaşlı sərnişin Viktoriya Kravçenko hadisə yerində ölüb. 22 yaşlı sürücü Şamil Hacıyev isə xəstəxanada keçinib.

Qəzaya səbəb yüksək sürət olub. Şahidlərin sözlərinə görə, qəzada ölənlər "Porsche"nin sahibi ilə ötüşüblər.

Azərbaycanlı biznesmenin oğlu dəhşətli qəzada öldü - FOTO+VİDEO

Qeyd edək ki, Qəzənfər Hacıyev Odessada gecə klubunun sahibidir. Onun digər oğlu Ramil Hacıyev yeniyetmələr arasında dünya və olimpiya çempionudur.

Viktoriya Kravçenko da biznesmen övladıdır. Onun atası Valeri Kravçenko "Doktor Mosart" adlı plastik cərrahiyyə klinikasının sahibidir. Əvvəllər "Mosart" otelinin də sahibi olub.

Açar sözlər:

Oxunub: 399