Bakıda bağ evlərinin qənimləri tutuldu - FOTO
20:15 25 Mart 2019
Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar.
Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən yeddi evdən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub.
Qeyd edək ki, oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Oxunub: 340
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb