Nazirlik 3 azyaşlının köməyinə çatdı


20:41     25 Mart 2019 19_03_25_1553530649.jpg

Köməksiz vəziyyətdə qalan 3 az yaşlı xilas edilib.
Femida.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 371