Bu günə gözlənilən hava
09:12 26 Mart 2019
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bu gün əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti təşkil edəcək.
Oxunub: 272
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir