2 rayonda yanğın baş verib


10:41     26 Mart 2019 publika.az1394679445nalbur-yangin.jpg

Bu gün səhər saatlarında Azərbaycanın iki rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yasayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 m² olan kafedə 5 m² sahədə mebel yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Qazma kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 310