“İki helikopter cəlb olunub, biri də gəlir” - Heydərov hadisə yerində


10:53     26 Mart 2019 19_03_26_1553583227.jpg

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən güclü yanğın davam edir.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Onlar yanğının söndürülməsinin gedişatı ilə maraqlanırlar.

***

Nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu açıqlayıb: “İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb”.

Bundan əlavə, K. Heydərov sahibkarlara kompensasiya verilməsinə isə belə münasibət bildirib: “Hər bir obyektin sahibi mallarını siğortalamalıdır. Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı prosesslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm”.


Açar sözlər:

Oxunub: 505