Yanğında FHN-in əməkdaşı xəsarət alıb

Yanğında FHN-in əməkdaşı xəsarət alıb


11:22     26 Mart 2019 19_03_26_1553583985.jpg

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində baş verən güclü yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Femida.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin bir nəfər əməkdaşı sağ əlinin kəsilmiş yarası ilə 3 saylı Klinik Xəstəxanaya aparılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri və 6 təcili yardım briqadası yanğın yerinə cəlb olunub.

Açar sözlər:

Oxunub: 152