“Yanğın baş verən ərazi tam mühafizə olunub” - DİN generalı

“Yanğın baş verən ərazi tam mühafizə olunub” - DİN generalı


13:13     26 Mart 2019 19_03_26_1553592470.jpg


“Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”.


Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

Nazir müavini bildirib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və 3 helikopter cəlb edilib.

Yanğın davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 179