Diqlasda yanğınsöndürmə sistemi yoxdur- FHN rəsmisi

"Diqlas"da yanğınsöndürmə sistemi yoxdur"- FHN rəsmisi


16:03     26 Mart 2019 19_03_26_1553603165.jpg

Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir. Binadakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Artıq 1, 2, 3 və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir".


Femida.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib:

"Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb. Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alan olub olmaması barədə bizdə məlumat yoxdur.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur. Yanğın söndürmək üçün suyu 2 kilometrdən gətiririk. Bu da bizim işimizi çətinləşdirir. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 294


Oxşar xəbərlər