Bugünkü yanğında 12 nəfər xəsarət alıb


19:47     26 Mart 2019 2019/03/D70B9B73-CD42-436C-9228-5EFD2451F10E_1553615537.jpeg

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Azvision.az -a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib. Belə ki, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı daha 2 nəfər isə yanıq xəsarətləri alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 385