Azərbaycanda avaralıq və dilənçiliklə məşğul olan 450 uşaq var


09:41     27 Mart 2019 19_03_27_1553665351.jpg


Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.


Femida.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.

Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.

Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 414