Qonşusunun itini öldürən kişi saxlanıldı -Azərbaycanda


10:04     27 Mart 2019 19_03_27_1553666854.jpg

Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon polis şöbəsinə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.

Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Açar sözlər:

Oxunub: 578