Yanğında xəsarət alan şəxs evə buraxıldı


10:14     27 Mart 2019 2019/03/diqlas2_1553667475.jpg

“Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğın zamanı xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı evə buraxılıb.


Bu barədəFemida.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əlindən xəsarət alan yaralıya tibbi yardım göstərilib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 12 nəfər xəsarət alıb.

Açar sözlər:

Oxunub: 371