Kərəm Həsənov İmişlidə vətəndaşları qəbul edəcək
10:36 27 Mart 2019
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da İmişli şəhərində vətəndaş qəbulu keçirəcək.
Komitədən Femida.az-a verilən xəbərə görə, qəbul saat 10:00-da şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaşlar komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65;
Komitənin Beyləqan ərazi şöbəsi: (021) 246-35-31, 246-40-29;
Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi: (021) 225-33-67, 246-60-85;
Femida.az
Oxunub: 490
Oxşar xəbərlər
- Kərəm Mustafayev Türkiyədə Hulusi Akarla görüşdü
- Kərəm Mustafayevə general-polkovnik rütbəsi verildi
- Kərəm Həsənova PA-da vəzifə verildi
- Kərəm Həsənov vətəndaşları qəbul edib
- Kərəm Həsənovun qəbul vaxtı dəyişdirildi
- Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək
- Kərəm Həsənov Salyanda qəbul keçirib
- Kərəm Həsənov vətəndaşları qəbul edəcək
- Kərəm Həsənov vətəndaşları qəbul edəcək
- Kərəm Həsənov vətəndaşlarla görüşəcək - TƏLƏSİN