Usubov yeni rəis təyin etdi


11:15     27 Mart 2019 19_03_27_1553670986.jpg


Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İdarədən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 465