YAP rəsmisi Əli Nağıyevin dediklərinə münasibət bildirib
12:46 27 Mart 2019
“Yeni Azərbaycan Partiyası cəmiyyətdə fəaliyyəti, dövlətə xidməti ilə tanınan bütün üzvlərinə həmişə hörmətlə yanaşıb. Bu məsələdə kimin hansı vəzifə daşımasının əhəmiyyəti yoxdur”.
Femida.az Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O, YAP-ın sabiq sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin fikirlərinə münasibət bildirərkən deyib ki, müəyyən mərhələdə partiya sıralarında olan, amma sonradan fəaliyyəti ilə partiyanın adına ləkə gətirən, dövlətçiliyə xidmətdə səhvlərə yol verən insanlara həmişə prinsipial qiymət verilib: “Yeni Azərbaycan Partiyasında sədaqətli partiya üzvlərinə, Heydər Əliyev yolunun sədaqətli davamçılarına həmişə böyük hörmət olub, bundan sonra da belə olacaq”.
Xatırladaq ki, Ə.Nağıyev müsahibəsini demokrat.az saytı yayıb. O, müsahibəsində YAP üzvlərini sərt tənqid edib.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- YAP-a yeni sözçü təyin edilib
- Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
- Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib
- Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib
- YAP Aytac Əliyevanın həbsinə münasibət bildirib
- YAP avtomobillərini satışa çıxarır