İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü


13:08     27 Mart 2019 19_03_27_1553677782.jpg

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb.


Femida.az xəbər verir ki, icra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.


İcra başçısı görüşdə bildirib ki, baş verən yanğınla bağlı cinayət işi açılıb və istintaq gedir: “İstintaqın obyektiv aparılacağına heç kəsin şübhəsi olmasın. Dövlət məsələnin obyektiv araşdırılmasına tam nəzarət edəcək. Sahibkarların hüquqları pozulubsa, bu hüququn bərpası üçün lazım olan addımları atacaq ki,orada işləyən insanların hüquqları pozulmasın”.

Çıxış edən sahibkarlar isə bildiriblər ki, mallarını sığorta etdirməsələr də, hər ay küllii miqdarda obyekt sahibinə pul ödəyiblər. Buna görə də, obyekt sahibinin maddi imkanları var ki, bizə dəymiş ziyanı ödəsin.

Açar sözlər:

Oxunub: 456