20 Yanvar faciəsinin təşkilatçısı azadlıqdan məhrum edildi


13:28     27 Mart 2019 2019/03/93cfb953-6c81-46c3-855a-bd621854de13_1553681384.jpg


Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.

Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.

Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 340