Nazirin evi qarət olundu - Gürcüstanda
13:51 27 Mart 2019
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evi qarət olunub.
Bu barədə “Rustavi 2” kanalı məlumat yayıb.
Bildirilib ki, bir neçə gün öncə naməlum şəxslər nazirin Tsxneti qəsəbəsindəki evinə daxil olaraq kifayət qədər bahalı əşyalar oğurlayıblar.
Gürcüstanın Daxili İşlər Nazirliyi G.Kobulianın evinin qarət olunması faktını nə təsdiq, nə də təkzib edib. Bununla yanaşı, nazirin qonşuları oğurluq faktı ilə bağlı dindirildiklərini bildiriblər.
Nazirin özü də yayılmış məlumatları jurnalistlərə şərh etməkdən imtina edib: “Sizin sualınıza cavab verməyəcəyəm, belə ki, bu, mənim şəxsi həyatıma aid məsələdir. Buna görə də şəxsi məsələ ilə bağlı suala cavab verməmək hüququmdan istifadə edirəm”.
“Rustavi 2” kanalının məlumatına görə, bir neçə həftə öncə Gürcüstanın parlament çoxluğunun rəhbəri Arçil Talakvadzenin də Tbilisidəki mənzili qarət olunub. Deputatın evindən nağd pul və A.Talakvadzenin adına qeydiyyata alınmış tapançanın olduğu seyf oğurlanıb. Oğurluğu törədən şəxs və ya şəxslər hələlik saxlanılmayıb. / Report
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Nazirin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı rəsmi açıqlama
- Nazirin məktubu BMT-nin sənədi kimi dərc olunub
- Nazirin müşavirindən təhsillə bağlı MÜHÜM AÇIQLAMA
- Nazirin qəbul vaxtı dəyişdirildi
- Nazirin qəbul vaxtı dəyişdirildi
- Nazirin qəbul vaxtı dəyişdi
- Nazirin qəbul vaxtı dəyişdirilib
- Nazirin qəbul vaxtı dəyişdi
- Nazirin görüş vaxtı dəyişdi
- Nazirin qəbul vaxtı dəyişdirilib