Vladimir Solovyov Qarabağda döyüşən ermənini studiyadan qovdu — VİDEO


14:36     27 Mart 2019 2019/03/wide_f942dec5ccb31af20d1469c2f7d824db_1553683056.jpg

Rusiyada yayımlanan “Kto protiv?” (kim əleyhinədir) verilişində gərgin anlar baş verib.


Femida.az xəbər verir ki, dialoq zamanı erməni Araik Stepanyan və jurnalist Qreq Vayner arasında mübahisə gərginliklə nəticələnib. Tərəflər əvvəlcə bir-birini söyüb, sonra isə bir-birinin üzərinə su atıblar. Bundan sonra isə yumruqlar işə düşüb. Solovyov isə tərəfləri studiyadan qovub.




Özünü “ekspert” kimi rus kanallarına sırıyan Araik Stepanyan qardaşları ilə birlikdə Dağlıq Qarabağ müharibəsində iştirak edib. Araik qardaşı Baqratla birlikdə 1990-cı ildə Qafandakı SSRİ ordusuna məxsus hərbi hissəyə hücum edib və silahları ələ keçirmək istəyib.
Araikin qardaşı Qaqik 1994-cü ildə azərbaycanlı hərbçilər tərəfindən öldürülüb. O, bu hadisədən sonra Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb.

Açar sözlər:

Oxunub: 622