Kür çayında suyun səviyyəsi azalıb


15:00     27 Mart 2019 1368806123_caylar-sulu.jpg

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 80-120 faizini təşkil edir.

Departamentdən Femida.az-a bildiriblər ki, martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 170 kubmetr olmaqla ongünlük normanın 56 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 57,5 kubmetr təşkil etməklə ongünlük normanın 51 faizinə bərabərdir.

Martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 4, Salyanda 9 , Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 345, Şirvanda 203, Salyanda 129, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 37 santimetrə bərabərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 263