Nərimanovda DTX-nin 100 illik yubileyi qeyd olunub


15:14     27 Mart 2019 2019/03/thumbnail_2_9_1553685317.jpg

Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.



Femida.az xəbər verir ki, tədbirin əvvəlində Dövlət Təhlükəsizlik Xidmətinin inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarını təbrik edərək qeyd edib ki, respublikanın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rolu əvəzedilməzdir.

Tədbirdə çıxış edən DTX veteranları polkovnik Arif Zeynalov, polkovnik İbrahim Şirinov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar.

Yekunda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizlik Xidmətinin Nərimanov Rayon İdarəsinin bir sıra əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 864