Bayram günlərində dəmir yolu ilə nə qədər sərnişin daşınıb?


15:40     27 Mart 2019 president_yeni_qatarlar_030615_01.jpg

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramının qeyd olunduğu 20-26 mart tarixlərində 24 880 sərnişin daşıyıb.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, bunun 22 423 nəfəri ölkə daxilində hərəkət edən, 24 57 nəfəri isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb. Bayram günlərində sərnişinlərin sayı normadan 800-1000 nəfər çox olub.

Qeyd eək ki, Novruzda dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.


Femida.az

Açar sözlər:

Oxunub: 241