583 nəfərin öldüyü qəzadan dəhşətli görüntülər


15:40     27 Mart 2019 2019/03/kl_1553686925.jpg

Bu gün aviasiya tarixində ən dəhşətli təyyarə qəzalarından biri olan Tenerife faciəsinin 42 ili tamam olur.


“Qafqazinfo” xəbər verir ki, bu dəhşətli qəza 27 mart 1977-ci ildə baş verib və qəza nəticəsində 583 nəfər həyatını itirib, 70 nəfər yaralanıb.

O gün Amsterdamdan qalxan və Qran Kanar adasına doğru yola çıxan “Boinq 747” tipli KLM hava gəmisi Qran Kanar adasındakı bomba təhlükəsinə görə Tenerife adasına istiqamətləndirilib.



Tenerife hava limanında isə “Boinq 747” tipli Pan Am Tenerifedən Los Ancelsə uçuşa hazırlaşıb. Təyyarənin yanacağı gec doldurulduğundan uçuş ləngiyib. KLM isə Tenerifedən Qran Kanar adasına doğru yola düşüb. O gün Tenerife hava limanı qəbul edə biləcəyindən dəfələrlə artıq təyyarə qəbul edib və hava limanındakı bu sıxlığa dumanlı hava da əlavə olunduğundan təyyarələrin uçuş planlamasında problemlər yaşanıb. İki nəhəng hava gəmisi biri-birindən xəbərsiz kəsişən istiqamətdə irəliləyib. KLM təyyarəsi qalxan zaman Pan Am-ı gördükdə artıq iş işdən keçib.

Qəzadan sonra təyyarələrin qara qutularına baxıldıqda pilotların toqquşmadan saniyələr öncəki qeydə alınmış dialoqları tapılıb. Qara qutuda KLM pilotunun “Oradadır!” deyə bağırması, Pan Am pilotunun “Əclaf bizə tərəf gəlir” deməsi və yardımçı pilotunun “Havalan, havalan” deməsi aydın şəkildə eşidilib.

Açar sözlər:

Oxunub: 504


Oxşar xəbərlər