“Məni, Rasimi tutsalar nə qazanacaqsız?” - “Diqlas”ın administratoru


16:32     27 Mart 2019 19_03_27_1553690123.jpg

“Diqlas”da zərərçəkən icarədarlar özünü obyektin administratoru kimi təqdim edən Araz Rəhimovla görüşüblər.


Femida.az -ın verdiyi xəbərə görə, o icarədarlar qarşısında çıxış edərək deyib ki, bu gün obyektin sahibləri ilə görüşəcək: “Diqlas” bölünüb və iki sahibi var. Buranın qiyməti 25 milyondur, biz də sizin qədər ziyan görmüşük. Bir yol var ki, yığışaq buranı təmir edək, hamı qayıtsın yerinə, işləsin. İcarədarlar ziyanlarını çıxarana kimi pul ödəmədən işləsinlər. Biz binanı sığortalatdırmamışıq, siz də mallarınızı. Dövlət bizə pul verməyəcək. Məni tutsunlar, “Diqlas”ın ikinci hissəsini idarə edən Rasimi tutsalar, qazanc nə olacaq?

İcazə verin, mən bu gün sahibkarlarla görüşüm, onların cavabını öyrənim, sonra yenə yığışıb danışaq”.

Açar sözlər:

Oxunub: 391


Oxşar xəbərlər