Silsilə oğurluq edən qadın tutuldu


19:02     27 Mart 2019 hebs_qadin_0451.jpg

BBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da paytaxt sakini olan bir qadının içərisində 100 manat və parfyumeriya olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Bayramova saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlmata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 19-dan martın 15-dək olan müddətdə Binəqədi rayonu ərazisində 1 dərzi sexindən 470 manat, 2 mağazadan ümumilikdə 730 manat və 100 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 338