Mədət Quliyev şəhidləri ziyarət edib


09:16     28 Mart 2019 19_03_28_1553750239.jpg

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər.


DTX əməkdaşları, başda DTX-nin rəhbəri, general-polkovnik Mədət Quliyev olmaqla, canlarını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban vermiş qəhrəmanların məzarlarına gül düzüblər.

DTX əməkdaşları həmçinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib gül düzüblər.

Qeyd edək ki, martın 28-i Azərbaycanda ənənəvi olaraq təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Azərbaycanın ilk milli təhlükəsizlik orqanı 1919-cu il mart ayının 28-də yaradılıb.

Açar sözlər:

Oxunub: 899