Partlayışla bağlı cinayət işi başlanıb


10:03     28 Mart 2019 19_03_28_1553753069.jpg

Sumqayıt şəhərində yerləşən poladəritmə sexində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.


Femida.az -ın məlumatına görə, İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınan və ölümlə nəticələnən hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 22-də sexdə baş verən partlayış nəticəsində 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. M. Seyidəliyev xəstəxanada ölüb.

Açar sözlər:

Oxunub: 428