İstanbulda antiterror əməliyyatı - İki azərbaycanlı tutuldu


17:42     27 Oktyabr 2015 ef79d6d8-17e5-48b3-8f88-dd2d1b72a4ac.jpg

İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində iki Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 21 nəfər tutulub.


Femida.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında İstanbulun Sultanbəyili və daha iki başqa rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı 25 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 2-si Azərbaycan vətəndaşı, 7-si uşaq olamqla 21 nəfər tutulub.

Xəbərdə bildirlib ki, İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar. /report/

Açar sözlər:

Oxunub: 973