Neftçalada ana doğuş zamanı niyə ölüb? - Araşdırma başladı


12:32     28 Mart 2019

Neftçala rayonunda 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayevanın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.



Bu barədə Femida.az-a Səhiyyə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 23-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən G.Abdullayevanın birinci doğuşu olub. Onun bətnindəki dölün çəkisi 5 kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı edilməsi qərara alınıb:

"Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saat sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Artıq hüquq-mühafizə orqanları ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 480