4 məktəbə yeni direktor təyin edildi


15:15     28 Mart 2019 sumqayit09.jpg

Sumqayıtda 4 orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat olub.


Femida.az ONA-ya istinadən xəbər verir ki, bununla da Sumqayıtda boş olan məktəb direktoru vəzifələrinin sayı 10-dan 6-ya enib.

Yeni təyin olunan məktəb direktorları bunlardır:

Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb - Ülkər Valeh qızı Çəndirli;

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəb - Şəlalə Əkrəm qızı Məmmədova;

Sumqayıt şəhər 40 nömrəli tam orta məktəb - İlqar Məmmədağa oğlu Həbibov;

Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb - Reyhan Şahverən qızı Yunisova.

Adıçəkilən şəxslər aprelin 1-dən direktor vəzifəsinin icrasına başlayacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 497