Həmsədr: “Cəbhədə gərginliyin davam etməsi qəbuledilməzdir”


18:08     27 Oktyabr 2015 iqor%20popov.jpg

"Azərbaycan və Ermənistan icmalarının görüşünün təşkili baxımından humanitar məsələlərdən danışdıq".


"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının başçısı Boko Saakyanla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, B.Saakyanla əsasən təmas xəttindəki vəziyyəti müzakirə ediblər. Rusiyalı həmsədr deyib ki, Azərbaycan-Ermənistan ordusunun təmas xəttindəki gərginliyin davam etməsi və ağır texnikada istifadə olunması qəbuledilməzdir: "Biz bu məsələni ordu təmsilçiləri ilə də müzakirə edəcəyik".

Açar sözlər:

Oxunub: 904