Zakir Həsənov həmkarına başsağlığı verdi


16:16     28 Mart 2019 zakir_hasanov_131014_1_420x2508.jpg

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, aşsağlığında bildirilir:

"Qardaş Qazaxıstan Respublikasının Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Femida.az

Açar sözlər:

Oxunub: 291