Nazir: Yaxın günlərdə ilk DOST Mərkəzi açılacaq
16:51 28 Mart 2019
İlk Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Mərkəzinin açılışı yaxın günlərdə baş tutacaq.
Femida.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici diplomatlarla ölkədə sosial islahatlara həsr olunmuş görüş zamanı deyib.
Nazir qeyd edib ki, mərkəzin binasının tikintisi artıq başa çatıb. DOST Mərkəzinin yaradılması nazirliyin bütün xidmətlərinin bir məkanda toplanmasına imkan verəcək.
S.Babayev həmçinin müavinət və pensiyaların təyin olunmasının avtomatlaşdırılması məsələsinə toxunub. O xatırladıb ki, yanvarın 1-dən pensiyaların təyin olunması elektron şəkildə həyata keçirilir, aprelin 1-dən isə əlillik üçün müavinətin avtomatik təyin olunması işə düşəcək. Bundan başqa, sosial müavinətlər sisteminin də avtomatlaşdırılması planlaşdırılır.
Femida.az
Oxunub: 285
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"