Keçmiş məhkumdan silah götürülüb


17:14     28 Mart 2019 2018/06/silah_1530267658.png

Bakıda keçmiş məhkumdan silah götürülüb.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 563