İranda sel 300 körpünü dağıtdı


18:33     28 Mart 2019 19_03_28_1553780746.jpg

İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb.


Bunu İranın Kirmanşah vilayəti yol və yol nəqliyyatı idarəsinin baş direktoru Fəriborz Kərəmi deyib.

F.Kərəminin sözlərinə görə, körpülərin dağılması vilayətə 1,8 trilyon rial (təxminən 42,8 milyon dollar) ziyan vurub.

Direktor əlavə edib ki, Kirmanşah vilayətinin yol idarəsinin bütün avadanlıqları və əməkdaşları ehtimal olunan təhlükələrlə bağlı tam hazır vəziyyətdədirlər.

Qeyd edək ki, İranın Tibbi Ekspertiza Təşkilatının bildirdiyinə görə, indiyədək sel və daşqınlar nəticəsində 40 nəfər həlak olub.

Femida.az

Açar sözlər: #İran   #sel  

Oxunub: 285