"Diqlas"da zərərçəkən sahibkarlar başqa ticarət mərkəzlərinə köçürüləcək


17:52     28 Mart 2019 sahin%20mus.jpg


İqtisadiyyat naziri Şahin Mustafayev bu gün prezidentin “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı keçirdiyi müşavirədə çıxış edib.



Femida.az xəbər verir ki, nazir dövlət başçısının tapşırıqlarına uyğun olaraq bir sıra addımların atılacağını bildirib.

Ş. Mustafayev ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və ziyanla əlaqədar ilkin məlumatların alındığını diqqətə çatdırıb. O, sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 301


Oxşar xəbərlər