Qaçırılan tanker xilas edildi


19:21     28 Mart 2019 19_03_28_1553786597.jpg

Dünən miqrantların Aralıq dənizinin Liviya sahillərində qaçırdığı “Elhiblu 1” adlı tanker Malta Dəniz Qüvvələri tərəfindən saxlanılıb.


Femida.az “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, karqo gəmisi Boyler Varf limanına aparılıb.

Qeyd edək ki, Palau dövlətinə məxsus tanker Türkiyədən yola çıxıb və Liviyanın Trablus şəhəri istiqamətində hərəkətdə olub. Gəmi Aralıq dənizində köməksiz qalan 108 miqrantı xilas edərək yoluna davam etmək istəyib. Lakin, Trablusa geri qayıtmaq istəməyən miqrantlar gəmini ələ keçiriblər və Maltaya doğru hərəkət ediblər.

Açar sözlər:

Oxunub: 355