Nazir bərə qəzasında ölənlərlə bağlı nekroloq imzaladı


20:16     28 Mart 2019 19_03_28_1553789445.jpg

Martın 21-də İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın həmsədri Ramin Quluzadə bu ölkənin Bakıdakı səfirliyini ziyarət edərək nekroloq imzalayıb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, nekroloqda deyilir:

"Hörmətli cənab Fədhi Avad Cebur əl-Şuvayli, İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət etsin!".

Açar sözlər:

Oxunub: 380