Gürcüstanda azərbaycanlı bələdiyyə üzvü həbs olunub


21:26     28 Mart 2019 gurcustan%20azerbaycanli.jpg

Gürcüstanın Marneuli Bələdiyyə Məclisinin (Sakrebulo) azərbaycanlı üzvü Rəhim Əsgərov polis tərəfindən saxlanılıb.

Femida.az ONA-ya istinadən verdiyi xəbərə görə, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze məlumatı təsdiqləyib.

Rüşvət faktına görə saxlanılan R.Əsgərov “Vahid Milli Hərəkat” partiyasının üzvüdür.


Femida.az

Açar sözlər:

Oxunub: 349