Prezident Avstriyanın vitse-kansleri ilə görüşüb
21:42 28 Mart 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ilə görüşüb.
Femida.az xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi.
Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.
Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
Femida.az
Oxunub: 425
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib