Yevlaxda intihara cəhdin qarşısı alınıb


09:08     29 Mart 2019 intihar3.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.


Femida.az

Açar sözlər:

Oxunub: 258