Azərbaycanda 9-cu sinif şagirdi bıçaqlandı


10:24     29 Mart 2019 bicaq_elbeyaxa_00.jpg

Qəbələ rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az ONA-ya istinadən xəbər verir ki, Qəbələ şəhər sakini, 2004-cü il təvəllüdlü Xəlilov Sübhan Adil oğlu sağ döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Qəbələ Regional Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsinə çatdırılıb.

Təcili əməliyyat olunan 15 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olub.

Onun kimin tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəbələ   #Əməliyyat#Polis  

Oxunub: 573