Nazirlik pulsuz ağac tingləri paylayacaq


10:35     29 Mart 2019 2019/03/agacek_1552296378.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylayacaq.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 2-ən 10-dək Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəkidə isə Axundov bağının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Femida.az

Açar sözlər: #Ağac   #Ting  

Oxunub: 463