23 yaşlı qız qohumunun evinə getdi - İtkin düşdü


10:40     29 Mart 2019 itkin_0088.jpg

Gəncədə 23 yaşlı qız itkin düşüb.


Femida.az Trend-ə istinadən xəbər verir, hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Gəncə şəhəri, F.Xoyski küçəsi, 6-cı dalan, ev 8-də yaşayan 1996-cı il təvəllüdlü Nərgiz Elcan qızı Muxtarova martın 26-da Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 92-də qohumu Allahverdi Eyyub oğlu Hüseynovun evinə gəlib.

N.Muxtarova həmin gün axşam saatlarında o evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 336