Fahişəlik xidməti göstərən azərbaycanlı qadınlar dronla tutuldu - VİDEO


10:50     29 Mart 2019 2019/03/basliksiz-1-191_1553842306.jpg

Türkiyənin Sakarya bölgəsində polis əməliyyat keçirib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən dörd nəfər saxlanılıb.

Onlardan ikisi barəsində həbs qərarı çıxarılıb.

Saxlanılan şəxslərdən birinin üzərindən odlu silah aşkar edilib. Əməliyyat zamanı şübhəlilərin qaçma ehtimalının qarşısını almaq üçün dronlardan istifadə edilib.




Bundan başqa, fahişəliklə məşğul olan altı qadın saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Özbəkistan, üçü isə Türkiyə vətəndaşıdır.

Məlumatlara görə, əcnəbi qadınlar Türkiyədən deportasiya edilib.

Açar sözlər: #Fahişəlik_əməliyyatı   #video   #Türkiyə  

Oxunub: 3100


Oxşar xəbərlər