Bakıda kafedə DAVA - 1 nəfər ürəyindən bıçaqlandı


11:01     29 Mart 2019 bicaqlayib6.jpg

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.



Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafedə baş verib.

Paytaxtın Səbail rayonu, Bülbül prospekti ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsi və kürək nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, yaralının vəziyyəti ağır olduğundan dinidirilməsi mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Trend)

Femida.az

Açar sözlər: #Azadlıq   #Bakı   #Bıçaqlanma   #Polis  

Oxunub: 604