Belarusda Azərbaycan diasporunun rəhbərlərindən biri saxlanıldı

Belarusda Azərbaycan diasporunun rəhbərlərindən biri saxlanıldı


11:12     29 Mart 2019 19_03_29_1553843593.jpg

Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Orşan rayonunda miqrasiya qanunlarını pozan 42 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.



“Qafqazinfo”nun “Sputnik Belarus”a istinadən xəbərinə görə, Belarusda Azərbaycan diasporunun rəhbərlərindən biri olan və adı açıqlanmayan şəxsin bu ölkəyə girişinin qadağan olunduğu, lakin Azərbaycanda aldığı yeni vəsiqədə soyadını dəyişərək geri qayıtdığı bildirilir.

“Xarici vətəndaş uzun müddət məhkəmənin təyin etdiyi alimenti uşaqlarına ödəməyib və Belarusdan deportasiya edilərək bir neçə il ölkəyə girişinə qadağa qoyulub”, - deyə qurumun məlumatında bildirilir.

Orşan Rayonlararası İstintaq Komitəsi diaspor rəhbərinə qarşı cinayət işi açıb. Şübhəli müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Açar sözlər:

Oxunub: 140