Polisdən reyd: 3 satıcı cərimələndi


11:23     29 Mart 2019 2019/03/siqaret-reyd-cerime_1553844446.jpg

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, martın 28-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Hövsan qəsəbəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. Bu istiqamətdə reydlər davam etdirilir.

Femida.az

Açar sözlər: #Polis   #Reyd   #Hövsan  

Oxunub: 367